MƏDƏNİYYƏT


Kitabxana oxucuları UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan mədəni incilər haqqında məlumatlandırır

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan Azərbaycanın inciləri haqqında informasiya məktublarını hazırlamağa davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən hazırlanan növbəti informasiya məktubu UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş xalçaçılıq haqqındadır.

Qeyd edək ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanınması işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Təqdim edilən informasiya məktubunda “Xalça sənəti”, “Azərbaycan xalçaları”, “Dünyanın ən qədim xalçası”, “Xalçanın növləri”, “Müasir xalçalar”, “Xalça bayramı”, “Dində xalça”, “Xalça muzey və şəxsi kolleksiyalarda” başlıqları altında məlumatlar toplanıb. İnformasiya məktubunda hər bir məlumata əsasən fotolar da yerləşdirilib.

Yasamal rayon MKS mütəmadi olaraq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olan mədəni incilər haqqında məlumatları virtual oxuculara təqdim edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.