MƏDƏNİYYƏT


“Kitabxana tövsiyə edir” rubrikası davam edir

Bakı, 18 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxana tövsiyə edir” rubrikasında görkəmli ədiblərimiz və onların əsərləri haqqında daim oxuculara məlumat verir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın 7 nömrəli filialı Azərbaycan dramaturgiyasının inkişafında böyük xidmətləri olan İlyas Əfəndiyevin “Söyüdlü arx” əsəri haqqında məlumatı oxuculara təqdim edib.

Bildirilib ki, İlyas Əfəndiyevin “Kənddən məktublar” adlı ilk kitabı 1939-cu ildə çapdan çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib.

“Söyüdlü arx” romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə gənc qızdır. O, kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir.

Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir. Roman birinci şəxsin - Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.