MƏDƏNİYYƏT


“Kitabxanaçı tövsiyə edir” layihəsində dahi ingilis yazıçısı Uilyam Şekspirdən bəhs edilib

Bakı, 13 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabxanaçı tövsiyə edir” layihəsi çərçivəsində dünya ədəbiyyatının dahilərindən olan ingilis yazıçısı Uilyam Şekspir haqqında videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda görkəmli yazıçının həyat yolu və yaradıcılığı haqqında geniş məlumatlar yer alıb.

Bildirilir ki, 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifi, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Uilyam Şekspir 1564-cü ildə İngiltərənin Stratford şəhərində anadan olub. Şekspir əsərlərinin əksəriyyətini 1590-1612-ci illər aralığında yazıb.

O, həm komediya, həm də faciə janrlarında eyni dərəcədə uğur əldə edə bilən nadir dramaturqlardan sayılır. "Hamlet", "Otello", "Romeo və Cülyetta", "Maqbet", "Kral Lir" kimi əsərləri dünya ədəbiyyatının nadir inciləri sırasındadır.

Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri Avropa teatr sənətinin və ədəbiyyatının inkişafına misilsiz dərəcədə təsir göstərib.

Videoçarxa aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/8V2_iVJuHAw 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.