REGİONLAR
Kitabxanaçılar şəhid ailəsinə baş çəkiblər
Sumqayıt, 21 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli olan Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ə.Rəsulzadə adına kitabxana filialının əməkdaşları şəhid Vüqar Şirinbala oğlu Manafovun ailəsini ziyarət ediblər.
İdarədən AZƏRTAC-a bildirilib ki, görüş zamanı şəhid anası oğlu haqqında xatirələrini bölüşüb, onun keçdiyi həyat yolundan danışıb.
Daha sonra o, dövlət başçısına şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
İgid qəhrəmanımız Vüqar Manafov torpaqlarımızın azadlığı uğrunda 2004-cü il iyunun 19-da şəhidlik zirvəsinə ucalıb və Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib.
Kitabxana işçiləri şəhidin ailəsinə vətənpərvər övlad yetişdirdiklərinə görə təşəkkür edib və hər zaman şəhid ailələrinin yanında olduqlarını bildiriblər.