ELM VƏ TƏHSİL
Kitabxanaçılar üçün təlimlər davam edir
Bakı, 14 dekabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlərə başlanılıb.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumla və Respublika Elmi Pedaqoji Kitabxanasının birgə əməkdaşlığı çərçivəsində təşkil olunan təlimlərin əsas məqsədi iştirakçılara kitabxana işinin düzgün təşkilinə kömək göstərmək, onları müasir texnologiyalarla tanış etməkdir.
Təlimlərdə iştirakçılara kitabxana işinin təşkili, idarəolunması, İKT-dən istifadə üsulları və proqram təminatı barədə məlumat verilir, müzakirələr aparılır.
Təlimlərin sonunda kitabxanaçıların yekun qiymətləndirilməsi həyata keçirilir. Həmçinin onların Respublika Elmi Pedaqoji Kitabxanasına ekskursiyası təşkil edilir.
Təlimlər çərçivəsində məktəb kitabxanalarına kitablar hədiyyə olunur.