ELM VƏ TƏHSİL
Kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond Mərkəzi Elmi Kitabxanada yerləşir
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanda kitabxanaçılıq-informasiya sahəsi üzrə ən böyük fond olan İxtisas fondu AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yerləşir.
MEK-dən AZƏRTAC-a bildirilib ki, bu fondda 14183 nüsxə sənəd saxlanılır. Fond 1965-ci ildə görkəmli kitabxanaşünas-alim, MEK-in sabiq direktoru, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin sədr müavini olmuş Rasim Kazımovun təşəbbüsü və rəhbərliyi ilə yaradılıb.
Fondda R.Kazımovun şəxsi kitab kolleksiyası (282 nüsxə), kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq ixtisasına dair kitablar (3589 nüsxə) və jurnallar (728 nüsxə), biblioqrafik mənbələr (9584 nüsxə) mühafizə olunur. Sənədlərdən 10316 nüsxə MEK-in müəllifi olduğu elektron kataloqa (Vahid İdarəetmə Sistemi) daxil edilib.