MƏDƏNİYYƏT
Kitabxanada 20 Yanvar faciəsinə həsr olunan kitab sərgisi təşkil edilib
Bakı, 22 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzi Kitabxana Sisteminin 7 saylı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar kitab sərgisi təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri kitabxana əməkdaşı Gülnar Rzayeva açaraq 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qan yaddaşımızda əbədi yaşayacaq həmin gün faciə ilə yanaşı, xalqımızın müstəqillik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib. Bu tarix xalqın mübarizə ruhunun daha da qüvvətlənməsinə səbəb olaraq müstəqilliyə aparan yolun başlanğıcıdır.
Sonra tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]