MƏDƏNİYYƏT


Kitabxanada “27 illik Şuşa həsrəti” adlı ədəbi-bədii gecə keçirilib

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Şuşa şəhərinin işğalı gününə həsr olunmuş “27 illik Şuşa həsrəti” adlı ədəbi-bədii gecə keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi uğrunda şəhid olanların əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ədəbi-bədii gecədə çıxış edən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktor müavini Xalidə Musayeva, Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov və başqaları Şuşanın qədim tarixindən, onun erməni hərbi birləşmələri tərəfindən işğalından danışıblar. Bildirilib ki, Şuşanın işğalı nəticəsində bir sıra tarixi-mədəniyyət abidələri dağıdılıb, nadir tarixi-memarlıq tikililəri məhv edilib, muzeylər talan olunub.

Ədəbi-bədii gecədə şagirdlər tərəfindən hazırlanmış Şuşanın işğalına həsr olunmuş ədəbi kompozisiyaya baxılıb, “Şuşa, tarixi, işğalı” adlı videoçarx nümayiş edilib.

Tədbirin sonunda “Şuşa,- Qarabağın ürəyi” adlı kitab sərgisinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.