MƏDƏNİYYƏT


Kitabxanada “Ağdamın köksünə dəyən yara” adlı tədbir təşkil edilib

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamın köksünə dəyən yara” adlı dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycanın torpaqlarının, ərazi bütövlüyünün toxunulmazlığı uğrunda həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, dəyirmi masada Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından, rayonda yerləşən tarixi abidələrin, mədəniyyət, memarlıq nümunələrinin, dünyada ikinci olan Çörək muzeyinin dağıdılıb talan edilməsindən danışılıb.

Çıxışlarda Ağdamın işğal tarixi haqqında geniş məlumatlar verilib. Dövrünün ən füsunkar rayonlarından sayılan, hazırda isə adı 20 “ruhlar şəhəri” siyahısında olan Ağdamın düşmənlə döyüşlərdə 6 min şəhid verdiyi, on altı Milli Qəhrəmanı olması faktı xüsusi qeyd edilib.

Tədbirdə həmçinin “Doğma Ağdamım” adlı videoçarx nümayiş edilib və “İşğal olunmuş Ağdamım” adlı kitab sərgisinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.