MƏDƏNİYYƏT


Kitabxanada Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş virtual sərgi açılıb

Bakı, 1 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı virtual sərgi hazırlayıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitablar və şəkillər nümayiş olunur.

Xatırladaq ki, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı Soveti və erməni silahlı dəstələri Bakıda, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, 10 minlərlə insan itkin düşüb.

Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu soyqırımından artıq 102 il ötür. Hər bir Azərbaycan vətəndaşı xalqımızın başına gətirilən faciələri unutmamalı, o cümlədən gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılması üçün əlindən gələni etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.