MƏDƏNİYYƏT
Kitabxanada Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Beynəlxalq Mülki Müdafiə Günü ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mirzə Şəfi Vazeh adına Mərkəzi Kitabxanasında tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları dəvət olunublar.
Tədbiri Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq bu əlamətdar günün tarixi barədə məlumat verib. Qeyd edib ki, hazırda təşkilata 56 ölkə daxildir, 18 dövlət isə müşahidəçi statusunda təşkilatda iştirak edir. Ölkəmiz 1993-cü ildən bu humanitar təşkilatın üzvüdür.
Yanğın növbəsinin rəisi, daxili xidmət leytenantı Məmməd Orucov çıxışında mülki müdafiənin əsas məqsədinin əhalinin mühafizəsi olduğunu söyləyib. O, təbii fəlakət, yanğın və digər fövqəladə hallar zamanı davranış qaydaları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]