MƏDƏNİYYƏT


Kitabxanada Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Bakı, 11 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında oxuculara yazıçının həyat və yaradıcılığı barədə məlumat verilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin bu il imzaladığı “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq ölkəmizdə yazıçıya həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

Bildirilib ki, C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Onun dram və nəsr əsərləri, parlaq publisistikası və “Molla Nəsrəddin” jurnalı bu böyük sənətkarın dühasının məhsuludur.

Sonra oxucular sərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.