MƏDƏNİYYƏT
Kitabxanada Gənclər Günü münasibətilə sərgi təşkil edilib
Bakı, 2 fevral, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 2 saylı filialında Gənclər Günü münasibətilə 10 saylı peşə məktəbinin şagirdləri ilə birgə “Azərbaycan gəncləri bu gün” adlı sərgi təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbiri filialın bölmə müdiri Sevinc Əliyeva açaraq gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən hər bir cəmiyyət gənclərə qayğı göstərir. “Hər bir xalqın, millətin, ölkənin gəncləri onun həm bu günü, həm də sabahıdır. Böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmalı, Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqilliyimizin daha da güclənməsi naminə çalışmalıdır. Bu günün gəncliyi vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gənclikdir”, – deyə bölmə müdiri qeyd edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.