MƏDƏNİYYƏT


Kitabxanada Hüseynqulu Sarabskinin 140 illiyi qeyd olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları Respublika İncəsənət Gimnaziyasında Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri, Məcnun rolunun ilk və ən gözəl, yaddaqalan ifaçısı Hüseynqulu Sarabskinin 140 illiyinə həsr olunmuş tədbir keçirib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova sənətkarın ömür yolundan danışıb. Bildirib ki, H.Sarabski həmçinin “Cəhalət”, “Axtaran tapar”, “Nə tökərsən aşına, o çıxar qaşığına” kimi pyeslərin müəllifidir. Onun “Bir aktyorun xatirələri” və “Köhnə Bakı” əsərləri teatr tariximizin öyrənilməsi və tarixi-etnoqrafik material kimi çox qiymətlidir. H.Sarabski, eyni zamanda “Muğan”, “Dağlar”, “Leyla” və s. mahnıların müəllifidir. Sənətkarın “Köhnə Bakı” kitabında əsasən o vaxtkı adət-ənənə və oyunlar haqda geniş məlumat əks olunub.

Sonda şagirdlər həmin oyunların bəzilərini sevə-sevə oynadıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.