MƏDƏNİYYƏT


Kitabxanada “Mənim sevgim sizinlədir, balalarım” adlı sərgi keçirilib

Bakı, 21 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Sabunçu Rayon Mərkəzi Kitabxanasının uşaq şöbəsində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, Xalq Şairi Mirvarid Dilbazinin 105 illiyi münasibətilə “Mənim sevgim sizinlədir, balalarım” adlı sərgi keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın uşaq şöbəsinin üzvləri sərgi ilə tanış olublar, onlara Mirvarid Dilbazinin yaradıcılığı haqqında məlumat verilib.

Bildirilib ki, əsilzadələr nəslindən olan şairə hər zaman uşaqları sevib, onlar üçün şeirlər yazıb, gənc nəslin mənəvi tərbiyəsində böyük rol oynayıb. O, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Yasəmən fəsli”, “Dağ çiçəyi” və digər kitablarla yanaşı, uşaqlar üçün “Nağıllar”, ”Şeirlər”, “Kiçik dostlarıma”, “Gülbahar”, “Bahar nəğmələri”, “Lalənin ağacları”, “Abşeron bağlarında” adlı kitablar da yazıb. Mirvarid Dilbazi, həmçinin Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, Samuel Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini Azərbaycan dilinə tərcümə edib. Yaradıcılığı yüksək qiymətləndirilən Mirvarid Dilbazi Əməkdar Mədəniyyət İşçisi, Xalq Şairi fəxri adlarına layiq görülüb, “Şərəf nişanı”, “Qırmızı əmək bayrağı”, “İstiqlal” ordenləri və medallarla təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.