MƏDƏNİYYƏT


Kitabxanada “Müasir Azərbaycan qurucusu” adlı sərgi təşkil edilib

Bakı, 11 may, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin 96-cı ildönümünə həsr olunmuş “Müasir Azərbaycan qurucusu” adlı sərgi və dəyirmi masa keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgidə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr olunmuş müxtəlif yazıçıların yazdıqları kitablar nümayiş olunub.

Tədbirdə 79 nömrəli tam orta məktəbin VII sinif şagirdləri və müəllim kollektivi iştirak ediblər. Dəyirmi masa ətrafında Ümummilli Lider ömür yolu və fəaliyyəti haqqında ətraflı müzakirələr aparılıb.

Sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.