MƏDƏNİYYƏT
Kitabxanada “Qiraət saatı” təşkil edilib
Bakı, 12 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında “Qiraət saatı” keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın fondunda olan müxtəlif sahələri əhatə edən ədəbiyyatlar oxucuların ixtiyarına verilib. Oxucular bədii ədəbiyyatla böyük maraqla tanış olublar. Bundan başqa, oxucular Şuşa, Şuşanın tarixi abidələri, Şuşalı tanınmışlar haqqında yazılan kitablardan mətnlər oxuyub, şeirlər səsləndirib və mövzu ətrafında müzakirələr aparıblar.
Qeyd edək ki, “Qiraət saatı”nda kiçikyaşlı oxuculara isə rəngarəng nağıllar, şeir kitabları təqdim olunub. Azərbaycan, rus və ingilis dillərində olan uşaq ədəbiyyatı kitabxanaya daimi gələn balaca oxucuların marağına səbəb olub.