Kitabxanada “Qonağım ol” layihəsi çərçivəsində növbəti görüş keçirilib
AzerTAg.az
Bakı, 22 fevral, AZƏRTAC
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Qonağım ol” layihəsinin növbəti canlı yayımında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, uşaq psixoloqu Aynur İsgəndərova ilə oxucular arasında virtual görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş çərçivəsində psixoloq tərəfindən uşaqlara kitabları necə sevdirək, uşaqlarda məsuliyyət hissini necə formalaşdırmalı, uşaqların inkişafında interaktiv oyunların rolu mövzusunda maraqlı söhbət aparılıb.
Həmçinin, oxucular canlı yayım vasitəsi ilə psixoloqa uşaqlarda yaş sindromu, indiki müasir internet oyunlarının uşaq psixologiyasına təsiri, autizm sindromlu uşaqlarla necə davranmalı kimi müxtəlif sualları ünvanlayıb.

Xəbərin mətnində orfoqrafik səhv var