MƏDƏNİYYƏT


Kitabxanada “Sevgi yağmur”u kitabının təqdimatı olub

Bakı, 20 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında istedadlı şairə, yazar Nazilə Gültacın “Sevgi yağmur”u kitabının təqdimatı keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşdə Xətai rayon MKS-nin əməkdaşları, oxucuları və şairənin qələm dostları iştirak ediblər.

Tədbiri AYB-nin üzvü Əzizə Ağahüseynqızı açaraq Nazilə Gültacın həyat və yaradıcılığından söz açıb.

Sonra çıxış edən natiqlər Nazilə Gültacın Azərbaycan və türk poeziyasına bəxş etdiyi əsərlərdən danışıb, bu əsərlərin gənclər tərəfindən sevilə-sevilə oxunduğunu bildiriblər. Qeyd olunub ki, şairə Nazilə Gültacın poeziyasının özünəməxsus dəstxəti var.

Tədbirin sonunda Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova şairənin yenicə işıq üzü görmüş “Sevgi yağmuru” kitabı haqqında danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.