MƏDƏNİYYƏT


Kitabxanada “Sünbüllər saralanda” kitabının təqdimatı olub

Bakı, 4 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının oxucusu Afət Ruhan Arslanın “Sünbüllər saralanda” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın redaktoru Vahid Əhəd, “Ön söz”ün müəllifi isə şair-publisist, “Qızıl qələm” mükafatı laureatı Sakit Məmmədovdur.

Tədbirdə çıxış edən şair Sakit Məmmədov kitab haqqında məlumat verərək bildirib ki, təqdim edilən roman əsasən bir ailənin, təxminən 30 ilə yaxın müddətdə həyatını təsvir edir. Romanın süjeti əsasən 5 personajın üzərində qurulub.

Yazıçı Esmiralda Şükürova, Yasamal rayon MKS-nin şöbə müdiri Yeganə Qafarova və digər çıxışçılar kitab haqqında təəssüratlarını bölüşərək müəllifə yaradıcılıq uğurları arzulayıblar. Bildiriblər ki, kitab oxucuların rəğbətini qazanacaq.

Sonda müəllif təşkilatçılığa görə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına və Yasamal rayon Heydər Əliyev Mərkəzinə öz minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.