MƏDƏNİYYƏT


Kitabxanada “Şuşa İli” ilə əlaqədar tədbir keçirilib

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı “Şuşa İli” ilə əlaqədar tədbir keçirib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın əməkdaşları və oxucuları iştirak ediblər.

Kitabxananın əməkdaşı oxuculara Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2022-ci il "Şuşa İli" elan olunması haqqında məlumat verib.

Sonra təməli 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin yaranma tarixindən söhbət açılıb və Şuşa haqqında olan kitablardan danışıb, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın ədəbiyyatımıza, incəsənətimizə, tariximizə, siyasətimizə bəxş etdiyi simalardan bəhs edib.

Tədbirdə "Vaqif" pyesində Vaqifin Qacarla qarşılaşması səhnəsindən bir parça səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.