MƏDƏNİYYƏT


Kitabxanada Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyi qeyd edilib

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan nəsrinin inkişafında böyük xidmətlər göstərən Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə metodika və biblioqrafiya şöbəsinin böyük metodisti İradə Hüseynova çıxış edərək Prezident İlham Əliyevin “Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladıb. Bildirib ki, görkəmli yazıçının yaradıcılığı yüksək qiymətləndirilib, onun ədəbi mühitin formalaşmasında xidmətləri layiqincə dəyərləndirilib.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayılova Hüseyn İbrahimovun həyat və yaradıcılığı, yazıçının Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan bölməsində əvəzsiz xidmətləri haqqında danışıb.

Tədbirdə 53 nömrəli tam orta məktəbin şagirdləri yazıçının povest və hekayələrindən parçalar söyləyiblər.

Xalq yazıçısı Hüseyn İbrahimova həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda “Hüseyn İbrahimov - 100” adlı sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.