MƏDƏNİYYƏT


Kitabxanada Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd olunub

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 4 nömrəli filialında Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə kitabxananın müdiri Turanə Əmirova böyük şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söhbət açıb.

Kitabxananın nəzdində fəaliyyət göstərən Səməd Vurğun Poeziya Ocağı İctimai Birliyinin sədri Zərəngiz Mansurova, kitabxananın əməkdaşları Esmira Zülfüqarova, Mehriban Ağayeva və başqaları şairin poeziyasının özünəməxsusluğundan danışıblar. Bildirilib ki, Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən şairi idi.

Sonda şairin poeziyasından nümunələr səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.