MƏDƏNİYYƏT


Kitabxanada gənc yazarlarla görüş olub

Bakı, 5 fevral, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyin səsi” festivalı çərçivəsində bir neçə gənc yazarla görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev festival barədə ətraflı məlumat verərək ənənəvi olaraq festival günlərində yaradıcı gənclərin iştirakı ilə müxtəlif konsertlər, görüşlər və sərgilərin təşkil olunduğunu bildirib.

Hər il bir neçə gənc yazarın Prezident təqaüdünə layiq görüldüyünü vurğulayan E.Əliyev diqqətə çatdırıb ki, müxtəlif sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi dövlət başçısının gəncliyə və gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Çıxış edənlər bildiriblər ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, habelə, yeni simaların aşkar olunması məqsədi daşıyır. Paytaxtla yanaşı, bölgələri də əhatə edən festival gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.

“ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvlərinin də iştirak etdiyi tədbirdə gənc yazarlar öz şeirlərini səsləndirib, imzalı kitablarını iştirakçılara hədiyyə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.