MƏDƏNİYYƏT


Kitabxanada gənc yazıçılarla görüş təşkil edilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında gənc yazarlar Həsən Kür və Araz Əfəndi ilə görüş keçirilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüşün keçirilməsində məqsəd cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan yazarları ictimaiyyətə daha yaxından tanıtmaq, onların əsərlərini geniş oxucu auditoriyasına çatdırmaqdır.

Çıxış edən gənc yazarlar həyat və yaradıcılıqları haqqında oxuculara məlumat veriblər. Onlar kitab və mütaliənin insanın mənəviyyatının zənginləşməsində, dünyagörüşünün inkişafında əvəzsiz rolundan söhbət açıb, müəllifi olduqları kitablardan şeirlər səsləndiriblər.

Sonra müəlliflər oxucuların müxtəlif suallarını cavablandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.