MƏDƏNİYYƏT


Kitabxanada narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilib

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar növbəti maarifləndirici tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığına, onun maddi və mənəvi aləminə vurduğu zərərlərə yönəltmək və narkomaniya ilə mübarizədə hər kəsi daha aktiv olmağa səsləmək idi.

Mərkəzi Kitabxana əməkdaşı Ülkər Zeynalova bu haqda ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir.

Tədbirdə Xəzər rayon Hatəm İskəndərov adına 206 nömrəli məktəbin psixoloqu Səfiyyə Niyazova narkotik maddələrin insan psixologiyasına təsiri, məktəbdə şagird və valideynlərlə bu istiqamətdə aparılan maarifləndirmə işləri haqqında danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.