MƏDƏNİYYƏT


Kitabxanada növbəti tədbir Abdulla Şaiqin 140 illiyinə həsr olunub

Bakı, 26 noyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan uşaq ədəbiyyatının banilərindən olan Abdulla Şaiqin 140 illiyinə həsr olunmuş "Uşaq ədəbiyyatının sönməz çırağı" adlı tədbir keçirilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə XX əsr Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, pedaqoq, maarifçi, tərcüməçi Abdulla Şaiqin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Sonra şairin sevilən şeirləri uşaqlar tərəfindən səsləndirilib.

Tədbirə dəvət olunmuş qonaqlar Abdulla Şaiqin XX əsr uşaq ədəbiyyatımızın inkişafındakı rolu, gənc nəsilin mənəvi cəhətdən formalaşmasında uşaq ədəbiyyatının əhəmiyyəti haqqında danışıblar.

Sonra şairin həyat və yaradıcılığı haqqında videoçarx təqdim edilib. Abdulla Şaiqin "Tıq-Tıq xanım" adlı mənzum nağılı əsasında çəkilmiş eyniadlı animasiya filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.