MƏDƏNİYYƏT


Kitabxanada növbəti tədbir Beynəlxalq Ana Dili Gününə həsr olunub

Bakı, 20 fevral, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Yasamal rayonundakı 176 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə “Doğma dilim, ana dilim” adlı tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova açaraq Beynəlxalq Ana Dili Günü barədə məlumat verib. Qeyd edilib ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

176 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Palmira Nəbiyeva çıxış edərək bildirib ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Tədbirdə 176 nömrəli tam orta məktəbin biologiya müəllimi Musayeva Xuraman, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşı Qənirə Mustafayeva öz çıxışlarında ana dilinin insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynadığından danışıblar.

Sonra məktəbin şagirdləri Sadiq Quliyev, Xədicə Qasımova, Aytac Şabanova, Nəzrin Quliyeva və digərlərinin ifasında Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şeirlərini səsləndirib.

Tədbir kitabxanada “Dilimiz varlığımızdır” adlı kitab sərgisinə baxışla sona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.