MƏDƏNİYYƏT


Kitabxanada növbəti tədbir Xocalı soyqırımına həsr olunub

Bakı, 24 fevral, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirimiş Kitabxana Sisteminin mərkəzi kitabxanası və 4 nömrəli filialı “Çinar harayı” ədəbi məclisi ilə birlikdə Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən danışaraq qeyd ediblər ki, Xocalı faciəsi dünya tarixində görülməmiş bir faciədir. 28 il bundan əvvəl erməni daşnakları bütün dünyanın gözü qarşısında Xocalıda soyqırımı törədiblər. Heç bir günahı olmayan dinc əhalini vəhşicəsinə qətlə yetiriblər. İnsanların diri-diri yandırılması, başlarının kəsilməsi, üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarınlarının yarılması bunlar erməni vəhşiliklərinin Xocalı soyqırımındakı təzahürləridir.

Sonra tədbir iştirakçıları Xocalı faciəsinə həsr olunan sərgi ilə tanış olublar.

Tədbirin keçirilməsində məqsəd gənc nəslə ermənilərin törətdikləri vəhşilikləri unutdurmamaq, onlara vətənpərvərlik hissləri aşılamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.