MƏDƏNİYYƏT


Kitabxanada şəhidlərə həsr olunan şeirlər səsləndirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, eləcə də arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımızın əzm və iradəsi, həmçinin bir yumruq kimi birlik, həmrəylik nümayiş etdirməsi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğullarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir və xatirəsini uca tutur: “Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilərimiz isə qürur mənbəyimizdir”.

Tədbirin bədii hissəsində şagirdlər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər və qəhrəman igidlərimiz haqqında fikirlərini bölüşüblər.

Sonda kitabxanada mövzu ilə bağlı açılan sərgiyə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.