MƏDƏNİYYƏT


Kitabxanada şəhidlərin xatirəsi anılıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər kütləvi kitabxanasında şəhidlərin xatirəsi anılıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbir Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Sənan Kərimov, Sübhan Abdurrahmanlı, Nazim Hüseynov və Səbuhi Səmədovun xatirəsinə həsr olunub.

Görüşdə şəhid ailələri, qazilər, kitabxananın əməkdaşları və oxucular iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidlərin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daim uca tutulduğuna görə dövlətimizin başçısına və ordu rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Daha sonra qazilər Vüsal Həsənov və Murad Şirinov döyüş xatirələrini bölüşüblər.

Kitabxananın direktoru Aliyə Kərimova qeyd edib ki, bizim mənəvi borcumuz şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün əlimizdən gələni əsirgəməməkdir.

Sonda kitabxananın bütün şöbələrində təşkil edilmiş "Qarabağım" və "Şuşa sən azadsan " adlı kitab sərgilərinə baxış keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.