Kitabxanada söhbət: “Şuşa dünən və bu gün”
AzerTAg.az
Bakı, 3 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli filialında “Şuşa İli” ilə əlaqədar oxucularla “Şuşa dünən və bu gün” adlı söhbət keçirilib.
MKS-dan AZƏRTAC-a bildirilib ki, filialın əməkdaşı böyük kitabxanaçı Afət Ağayeva Şuşanın tarixi, mədəniyyəti, sənətkarları, görkəmli dövlət xadimləri haqqında oxuculara məlumat verib. O, Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə yaşayış məskənlərinin, abidələrinin, məscidlərin dağıdıldığını qeyd edib.
Kitabxanaçı bildirib ki, Şuşa 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Artıq Şuşada tikinti işləri aparılır, Azərbaycanın tarixi abidələri bərpa edilir, yaşayış binaları tikilir, su, elektrik, qaz xətləri çəkilir.
Sonra kitabxanaçı kitabxananın fondunda yer alan Şuşanın tarixi, mədəniyyəti, elm xadimləri, yaradıcı simaları, şair və yazıçıları, görkəmli incəsənət və mədəniyyət xadimləri haqqında kitabları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Xəbərin mətnində orfoqrafik səhv var