MƏDƏNİYYƏT
Kitabxanada uşaqlar üçün “nağıl saatı” təşkil edilib
Bakı, 5 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının uşaq şöbəsi Xətai rayon 217 nömrəli körpələr evi - uşaq bağçasında “nağıl saatı” keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “nağıl saatı”nda kitabxananın əməkdaşları Şahnaz Cəlilova, Əzizə Balakişiyeva və Tünzalə Mahmudova körpələr arasında yaddaş, məntiq, diqqət, müşahidəçilik qabiliyyətini sınamaq məqsədilə intellektual oyunlar təşkil ediblər.
Qeyd edilib ki, bu cür tapşırıqlar uşaqlara toplanmış bilikləri təcrübədə istifadə etməyi, düşünməyi, faktları müqayisə və analiz etməyi, mümkün nəticələri təsnif etməyi öyrədir. Bu bacarıqlar uşaqların gələcəkdə məktəbdə qazandığı uğurlara təsir edəcək.