MƏDƏNİYYƏT
Kitabxanalar Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarxlar hazırlayıblar
Bakı, 27 iyun, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının filialları 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə videoçarxlar hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxlarda ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla hər il iyunun 26-nın ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunduğu vurğulanıb.
Müstəqilliyini yenicə bərpa edən Azərbaycanın dövlətçilik ənənəsinin mühüm qolu olan ordu quruculuğu istiqamətində görülən işlər, tarixin müxtəlif dönəmlərində bu istiqamətdə qarşılaşdığımız çətinliklər və Qafqazda ən peşəkar, mütəşəkkil Silahlı Qüvvələrə malik Azərbaycanın əldə etdiyi nailiyyətlər kitabxanalar tərəfindən hazırlanmış və sosial mediada paylaşılan videomateriallarda öz əksini tapıb.