MƏDƏNİYYƏT


“Kitabxanalarımızı tanıyaq və tanıdaq” layihəsinə start verilib

Bakı, 19 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Kitabxanalarımızı tanıyaq və tanıdaq” adlı yeni layihəyə start verib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə virtual səyahət formasında təqdim olunub. Layihənin məqsədi Sabunçu rayonunda yerləşən Mərkəzi Kitabxana və filialları oxuculara yaxından tanıtmaqdır.

Bu layihə oxucuları kitabxanaya cəlb edəcək və onlarda mütaliə mədəniyyətini formalaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.