MƏDƏNİYYƏT


Kitabxanaya müxtəlif adda kitablar hədiyyə edilib

Bakı, 22 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (MKS) Azərbaycan poeziyasında və nəsrində orijinal yazı üslubu ilə seçilən yazıçı-publisist Müzahim İsmayılzadənin 12 adda 16 nüsxə kitabı hədiyyə edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, müəllifin əsərləri VI cilddə, “Özgə qapısı” povesti, “Ömrün ekvator xətti”, “Arazdan Yeniseyə”, “Sadəcə İsmayıl müəllim”, “Amansız-amansız dünya” kitablarında müxtəlif illərdə yazılmış şeirlər, hekayələr, povest və romanları toplanıb.

Tanınmış yazar Vaqif İsaoğlunun “Sunami”dən... sunamiyə... (Müzahim İsmayılzadənin söz dünyası)” monoqrafiyasında şair-yazıçının zəngin yaradıcılığı əhatəli şəkildə təhlil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.