MƏDƏNİYYƏT


Kitabxanaya yeni əsərlər təqdim olunur

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) həyata keçirdiyi layihələr əsasında iş fəaliyyətini sosial şəbəkə üzərindən davam etdirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən təşkil olunan layihələrə davamlı olaraq yazılarını təqdim edən yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı qələmə aldığı yeni əsərini virtual oxucularla paylaşıb.

Şairənin yazdığı “Al yelkənlər” adlı əsər ecazkar gözəlliyi ilə seçilən limanın yaxın sahilində komada yaşayan mülayim xarakterə malik balıqçı Əvəz kişinin qızı Məryəm haqqındadır.

Məryəmin limana olan marağı, arzuları, qəlbində canlandırdığı şahzadə, dostlarının onun üçün etdiyi fədakarlıq maraq doğuran süjetlər arasındadır.

Əsərin sonunda yazıçı-publisistin “Sevgi nədir?” sualının cavabı da xüsusi maraq doğurur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.