İDMAN


Kiyev 2021-ci ildə keçiriləcək badminton üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı, 5 iyun, AZƏRTAC

Avropa və Ukrayna Badminton federasiyaları arasında aparılan müzakirələrdən sonra 2020-ci ildə keçirilməli olan Avropa çempionatının ləğv edilməsi qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Avropanın ali badminton qurumu COVID-19 pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq olunan karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edib. Qurumun saytında bildirilir ki, Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və Ukraynaya səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir. Artıq növbəti il keçiriləcək Avropa çempionatının yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub. Beləliklə, 2021-ci il aprelin 27-dən mayın 2-dək keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq.

Ötən həftə Ümumdünya Badminton Federasiyasının elan etdiyi kimi, gələn il Avropa çempionatı sonuncu Olimpiya təsnifat turniri olacaq. Bu səbəbdən qitənin ən yaxşı badmintonçuları Kiyevdə lisenziya xallarını tamamlamaq üçün mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.