CƏMİYYƏT


“Kiyev günləri” beynəlxalq festivalı çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq

Kiyev, 17 may, AZƏRTAC

“Kiyev günləri” beynəlxalq festivalı çərçivəsində bir sıra tədbirlər təşkil olunacaq.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu tədbirlərdə iştirak etmək üçün Ukraynaya səfər edəcək.

Tədbirlərdə bir çox Avropa ölkələrinin də şəhər merləri iştirak edəcək.

E.Əzizovun, həmçinin səfər çərçivəsində Kiyevin mərkəzi parklarından birində xalqımızın bədii və fəlsəfi fikrində dərin iz qoymuş, dahi mütəfəkkir İmadəddin Nəsiminin heykəlinin açılışında da iştirakı nəzərdə tutulur.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.