DÜNYA


Kiyev meri avtomobili içkili halda idarə edən məmuru işdən qovub

Kiyev, 8 fevral, AZƏRTAC

Ukrayna meri Vitali Kliçko içkili vəziyyətdə avtomobili idarə edərək qəza törədən məmuru işdən çıxarıb.

AZƏRTAC xəbər verir ki, cümə axşamı içkili vəziyyətdə yol qəzası törədən Kiyevin Qolosevski rayonu rəhbərinin müavini Yuriya Tkaçenko vəzifəsindən kənarlaşdırılıb.

“Kiyevin dövlət administrasiyasında məmurların içkili vəziyyətdə avtomobili idarə etməsi yolverilməzdir. Həmin şəxs qəza törədərkən bir polis xəsarət alıb. Düşünürəm ki, bu cür məmurlar dövlət xidmətində işləyə bilməzlər. Mənim fikrimcə, avtomobili içkili idarə edənlər cinayətkardırlar”, - deyə mer əlavə edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.