CƏMİYYƏT
Kiyev məscidlərində bayram namazı qılınıb
Kiyev, 13 may, AZƏRTAC
Müqəddəs Ramazan bayramı ilə əlaqədar mayın 13-də Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən məscidlərdə bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, bayram namazı Ukraynada fəaliyyət göstərən müsəlman icmalarının rəhbərlərinin iştirakı ilə qılınıb.
Azərbaycan dini icma rəhbərlərinin də iştirakı ilə keçirilən bayram namazında dünyada sülhün bərqərar olması, insanların dinc şəraitdə, firavan yaşaması üçün dualar edilib. Arzu edilib ki, bütün dünyada müsəlman qardaşlarımız sülh və əmin-amanlıq şəraitində yaşasın.
Qeyd edək ki, Ukraynada təxminən 2 milyon, o cümlədən Kiyevdə 60 min müsəlman yaşayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev