DÜNYA


Kiyev şəhəri mərmi atəşinə məruz qalıb, ölənlər var

Kiyev, 14 mart, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhəri martın 14-nə keçən gecə və bu gün səhər saatlarında mərmi atəşinə məruz qalıb.

AZƏRTAC Kiyev şəhər Dövlət Administrasiyasına istinadla xəbər verir ki, martın 14-ü bazar ertəsi səhər saatlarında Kiyevdə təyyarə istehsalı ilə tanınan “Antonov” zavodu atəşə tutulub. Bundan başqa Kiyevin mərkəzi Obolon rayonunda yaşayış binası raket zərbəsi ilə vurulub.

Partlayışların baş verdiyi yerlərdə yanğınsöndürən, həkim briqadaları işləyir.

İlkin məlumata görə, partlayışlar nəticəsində iki nəfər həlak olub, 7 nəfər yaralanıb. Xilasedicilər Obolon rayonunda yaşayış binasında partlayış baş verən ərazidən təxminən 70 nəfəri təxliyə ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.