DÜNYA


Kiyev vilayətinin ən çox ziyan dəymiş yaşayış məntəqələri bərpa edilir

Kiyev vilayətinin ən çox ziyan dəymiş yaşayış məntəqələri bərpa edilir

Kiyev, 7 aprel, AZƏRTAC

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinin ən çox zərər çəkmiş yaşayış məntəqələrinin, xüsusilə Buça, Qostomel, İrpen, Borodyankanın infrastrukturunun tezliklə bərpa edilməsi tapşırığını verib. Artıq bununla bağlı müvafiq işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko feybuk səhifəsində məlumat verib.

Timoşenkonun sözlərinə görə, Kiyev vilayəti İkinci Dünya müharibəsindən bəri belə dağıntılar görməyib, lakin xilasedicilər artıq fəsadları aradan qaldırırlar.

"Borodyankada şəhərin böyük hissəsi dağıdılıb. Çox güman ki, hələ də dağıntılar altında insanlar var. Dövlət Fövqəladə Hallar Xidməti hadisə yerlərində işləyir, bu gün 50-dən çox mütəxəssis xilasetmə işlərinə cəlb edilib, sabah daha da çox olacaq", - deyə Timoşenko əlavə edib.

Artıq bir çox yaşayış məntəqələrində enerji verilişi bərpa olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.