DÜNYA


Kiyevdə “112 Ukrayna” telekanalının binası atəşə tutulub VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

Kiyevdə naməlum şəxslər “112 Ukrayna” telekanalının binasını qumbaraatanlardan atəşə tutublar. AZƏRTAC UKRİNFORM informasiya agentliyinə istinadla xəbər verir ki, insident nəticəsində xəsarət alan olmayıb.

Agentliyin xəbərində qeyd olunur ki, gecə saatlarında polis idarəsinə Kiyevin Şevçenko rayonunda partlayış səslərinin eşidildiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn qanun keşikçiləri “112 Ukrayna” telekanalının binasında fasadın zərər gördüyünü müəyyən ediblər. İnsident yerində dərhal təhqiqat başlanılıb, bir qumbaraatan tubusu aşkar edilib. Ukrayna Milli Polis İdarəsinin məlumatına görə, bu hadisə terror aktı kimi qiymətləndirilib. Hazırda atəş açan şəxsin və ya şəxslərin yaxalanması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirilir. Toplanılmış dəlillər təhqiqatın davam etdirilməsi üçün Ukrayna Təhlükəsizlik Xidmətinə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.