DÜNYA


Kiyevdə İkinci Dünya müharibəsinə aid 28 mərmi aşkarlanıb

Kiyev, 11 avqust, AZƏRTAC

Ukraynanın paytaxtı Kiyev şəhərində İkinci Dünya müharibəsinə aid 28 mərmi aşkarlanıb.

AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən xəbər verir ki, Kiyevin Desnyakom rayonunda yerləşən “Bıkovnya” meşəliyində işlər aparılarkən AC-76 mm və AC-75 mm artilleriya mərmiləri aşkarlanıb. Bütün mərmilər xüsusi poliqonda zərərsizləşdirilib.

Qeyd edək ki, cari il ərzində İkinci Dünya müharibəsinə aid 1251 mərmi aşkarlanıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.