MƏDƏNİYYƏT


Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb

Kiyev, 25 may, AZƏRTAC

Kiyev şəhərində Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir-şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət UKRİNFORM agentliyi, kontrakty.ua, bigkiev.com.ua saytlarında işıqlandırılan məqalələrdə İmadəddin Nəsiminin yaradıcılığı haqqında məlumat verilib.

Məqalələrdə Kiyev şəhər meri Vitali Kliçkonun Nəsimi, Azərbaycan haqqında fikirləri yer alıb. Eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin iştirakı barədə məlumat verilib.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.