MƏDƏNİYYƏT


Kiyevdə Nəsiminin qəzəllərindən ibarət toplunun təqdimatı keçirilib VİDEO

Kiyev, 13 fevral, AZƏRTAC

Kiyevdə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəllərindən ibarət Ukrayna dilində “İ şlyaxom İstini postav ya sam...” (“Haqq yolu mən özüm oldum”) adlı toplu təqdim olunub. Toplu Dövlət Tərcümə Mərkəzi və Ukraynanın “CAMIT-KNİQA” nəşriyyatının birgə əməyi nəticəsində ərsəyə gəlib.

AZƏRTAC xəbər verir ki, sözügedən toplu Ukrayna Milli Xəbər Agentliyinin – Ukrinformun binasında keçirilən “Tarixi dəyişən tanınmış (tanınmamış) ukraynalılar” kitabının təqdimatı çərçivəsində nümayiş etdirilib.

Kitabda sivilizasiyanın inkişafına öz təsirini göstərən, elmə, mühəndisliyə, ədəbiyyata və incəsənətə böyük töhfələr vermiş tanınmış ukraynalıların həyatından bəhs olunur.

“CAMIT-KNİQA” nəşriyyatının direktoru İvan Stepurin AZƏRTAC-a eksklüziv müsahibəsində bildirib ki, İmadəddin Nəsiminin qəzəllərindən ibarət toplu Ukrayna ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına böyük töhfə verəcək.

O, gələcəkdə Azərbaycan Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlığın istisna edilmədiyini, Azərbaycanın və Ukraynanın məşhur şəxslərinin nəinki MDB məkanında, həmçinin digər ölkələrdə də tanıdılmasını nəzərdə tutan birgə layihələrin yaradılması arzusunda olduğunu deyib.

 

Rüstəm Məmmədov

AZƏRTAC

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.