SİYASƏT


Kiyevdə UAGB-nin Gənclər Mərkəzi açılmışdır

Bakı, 20 oktyabr (AZƏRTAC). Ukrayna Azərbaycanlı Gənclər Birliyindən (UAGB) AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, birliyin təşkilatçılığı və ARDNŞ–in dəstəyi ilə Kiyevin mərkəzində qurumun Gənclər Mərkəzi açılmışdır. Bu münasibətlə təşkil olunmuş açılış mərasimində Azərbaycanın və Ukraynanın dövlət nümayəndələri, diaspor fəalları iştirak etmişlər. UAGB-nin sədri Anar Tahirov toplantıda çıxış edərək təşkilatın yaranmasından ötən dövrdə həyata keçirilmış tədbirlər haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ətrafında minlərlə gənci birləşdirən birliyin əsas məqsədi xalqımızın qədim adət və ənənələrini, zəngin mədəni irsini qoruyub yaşatmaq, təbliğ etmək, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, Ukraynada yaşayan azərbaycanlı gənclərin bu ölkənin ictimai siyasi həyatına inteqrasiya olunmasına müsbət təsir göstərməkdən ibarətdir. Azərbaycanda dövlət səviyəsində gənclər siyasətinə xüsusi diqqətin ayrılmasını sevindirici hal kimi səciyyələndirən A.Tahirov ARDNŞ–in maddi dəstəyi ilə Kiyevdə belə müasir Gənclər Mərkəzinin yaradılmasını Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrində yaşayan və təhsil alan azərbaycanlı gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirmişdir.

Açılış mərasıminə qatılanları Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibəti ilə təbrik edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, artıq arxalarında qüdrətli Azərbaycan dövlətinin gücünü hiss edən azərbaycanlı gənclərın xarici ölkələrdə bir çox tədbirlər həyata keçirməklə öz vətəndaşlıq borclarını layiqincə yerinə yetirmələrindən danışmışdır. Bu istiqamətdə UAGB-nin Ukraynada Azərbaycan naminə həyata keçirdiyi tədbirlərin təqdirəlayiq hal olduğunu bildirmişdir. Gənclərin daha səmərəli fəaliyyət göstərməsi üçün UAGB-yə verdiyi maddi və mənəvi dəstəyə görə Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyinə minnətdarlıq etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna üzrə nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, MM-in deputatı Yaqub Mahmudov, Ukrayna Azərbaycanlıları Konqresinin sədri İlqar Abbasov, DAK-ın Ukrayna nümayəndəliyinin rəhbəri Möhlət Hüseynov və digər çıxış edənlər təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin inkişaf edərək bölgədə lider, beynəlxalq arenada nüfuz sahibinə çevrilməsindən söz açmışlar. Natiqlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrlə yanaşı, gənclərin sağlam ruhda böyüməsinə xüsusi diqqət ayrıldığını da nəzərə çatdırmışlar. Çıxış edənlər Kiyev şəhərində müasir Azərbaycan Gənclər Mərkəzinin açılmasını da bu istiqamətdə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi kimi səciyyələndirmişlər.

Tədbir iştirakçıları sonra mərkəzdə yaradılan şəraitlə tanış olmuşlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.