İDMAN


Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət heyətdə minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları qarşılaşacaq

Bakı, 11 sentyabr, AZƏRTAC 

Bu gün Kiyevdə amputasiyalı müharibə veteranlarından ibarət minifutbol üzrə Ukrayna və Azərbaycan komandaları arasında beynəlxalq yoldaşlıq görüşü keçiriləcək.

AZƏRTAC Ukrayna Prezidentinin ofisinə istinadla bildirir ki, yarışlar Ukrayna müdafiəçilərinin idman vasitəsilə reabilitasiya proqramı çərçivəsində, Ukrayna Prezidentinin döyüş əməliyyatları iştirakçılarının reabilitasiya məsələləri üzrə müvəkkili Vadim Sviridenkonun təşəbbüsü ilə keçirilir.

Ukrayna Müdafiəçilərinin İdman Reabilitasiyası Milli Şurası, Ukrayna Futbol Assosiasiyası, Kiyev Şəhər Antiterror Əməliyyatlarının İştirakçılarına Yardım Mərkəzi və Ümumukrayna Müharibə, Silahlı Qüvvələr və Hərbi Döyüş Əməliyyatları İştirakçıları Təşkilatı tədbirin təşkilatçıları qismində çıxış edir.

Oyun Ukrayna Futbol Federasiyasının V.Bannikov adına təlim-məşq kompleksində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.