Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı bildirir, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Ölkəmizin sosial-iqtisadi, dövlət quruculuğu sahələrində və beynəlxalq aləmdə qazandığı bütün nailiyyətlər şübhəsiz ki, Sizin adınız, rəhbərliyiniz altında həyata keçirilən ardıcıl daxili və xarici siyasət ilə ayrılmaz surətdə bağlıdır. Yüksək təşkilatçılıq qabiliyyətiniz, dəqiq strateji siyasətiniz, ən mürəkkəb məsələlərin həllinə uzaqgörənliklə yanaşmanız Sizə nəinki Azərbaycanda, həm də onun hüdudlarından kənarda dərin hörmət və böyük nüfuz qazandırmışdır. Yenilməz iradəniz Vətənimizə, xalqımıza şanlı Qarabağ Zəfərini yaşatmış, milli iftixar hissimizi gücləndirmişdir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, rəhbəri olduğum Azərbaycan-Ukrayna İş Adamları və Sənayeçiləri Birliyi adından və şəxsən öz adımdan Sizə bir daha səmimi-qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini, ölkəmizə isə sülh, firavanlıq arzulayıram.

Dərin hörmətlə,

 

Əli Əliyev

Kiyevdə fəaliyyət göstərən Azərbaycan-Ukrayna
İş Adamları və Sənayeçiləri Birliyinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin